Ekoloji Siyasət

T-TECH QSC Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən telekommunikasiya mühəndisliyi şirkətidir. Layihələrimizin dizaynı, planlaşdırılması və icrası zamanı biz fəaliyyətimizi ətraf mühiti qorumaq şərti əsasında həyata keçirməyə məqsədliyik.

Bu məqsədlə idarə heyətimiz və işçilər davamlı olaraq təkmilləşdirməyə, çirklənmənin qarşısının alınmasına, ətraf mühitin mühafizəsinə dair müvafiq qanun və qaydalara riayət edilməsinə çalışırlar.

Ətraf Mühit Siyasəti şirkətin əməliyyatlarının ekoloji aspektləri nəzərə alınmaqla müəyyən edilmiş məqsəd və hədəflərə uyğunluğunu təmin etmək üçün mütəmadi olaraq nəzərdən keçirilir.

İdarə Heyətimiz siyasəti öz işçilərinə və subpodratçılarına çatdıracaq, onun asanlıqla başa düşülməsini təmin etməyə çalışacaq.

Siyasət məqsədləri bunlardır:

  • Resursların israfını və istehlakını azaltmaq.
  • Çirklənmə hallarını azaltmaq və ya aradan qaldırmaq.
  • Ekoloji məsələlərin müntəzəm olaraq nəzərdən keçirilməsini təmin etmək.
  • Problemli sahələr üzrə yeni təşəbbüslər çərçivəsində bütün planları təşviq etmək
  • İşçilərimizə və subpodratçılarımıza müvafiq səviyyədə təlim vermək.

Bütün mərhələlərdə T-TECH QSC müştərilərə həmçinin digər maraqlı tərəflərə ətraf mühitə uyğun iş və materiallarla işləmə üsullarına nail olmaq üçün məsləhət əsasında əməkdaşlıq etməyə çalışacaq.

T-TECH QSC  subpodratçılarını və təchizatçılarını oxşar siyasət və məqsədləri qəbul etməyə təşviq edəcək.

Nərminə Ələkbərzadə

Direktor